Proqnozlar Bürosu növbəti 2 günə gözlənilən hava şəraitini açıqlayıb
Bakı, 4 mart, AZƏRTAC
Martın 5-i və 6-sı Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin ayın 5-i səhər bəzi şəhərətrafı ərazilərdə az çiskin olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın maksimal temperaturu 7-12 dərəcə isti təşkil edəcək.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
O deyib ki, bölgələrdə arabir yağıntılı hava şəraiti davam edəcək, dağlıq ərazilərdə qar yağacaq, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var: “Martın 5-i gündüz yağıntıların tədricən kəsiləcəyi, martın 6-da isə havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Havanın maksimal temperaturu Aran rayonlarında 10-15, dağlıq ərazilərdə isə 0-5 dərəcə isti olacaq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [12:54]
Sabah Azərbaycanda havanın temperaturu 39 dərəcəyədək yüksələcək
- 06.08.2026 [14:27]
Azərbaycanda zubrların sayı 89-a çatıb
- 06.08.2026 [12:41]
Sabahın hava proqnozu açıqlanıb
- 06.08.2026 [10:07]
Bəzi rayonlarda yağış yağıb, hazırda Bakıda və bölgələrdə külək əsir
- 05.08.2026 [17:01]
Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti məlum olub
- 05.08.2026 [15:51]