PSJ Çempionlar Liqasında yeni rekorda imza atıb
Bakı, 27 noyabr, AZƏRTAC
Fransanın PSJ klubu UEFA Çempionlar Liqasında (ÇL) tarixi göstəriciyə imza atıb.
AZƏRTAC Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadla xəbər verir ki, Paris təmsilçisi qitənin ən nüfuzlu klub turnirində bir il ərzində ən çox qələbə qazanan komanda olub.
Son olaraq ötən gün V tur çərçivəsində öz meydanında İngiltərənin “Tottenhem” komandasını 5:3 hesabı ilə məğlub edən Fransa çempionu 2025-ci ildə ÇL-də ümumilikdə 13-cü dəfə qalibiyyət sevinci yaşayıb.
Əvvəlki rekord İspaniyanın “Real Madrid və Almaniyanın “Bavariya” klublarına məxsus olub. Münxen təmsilçisi 2001-ci, “kral klubu” isə 2014-cü ildə 12 qələbə əldə edib.
PSJ, həmçinin Çempionlar Liqasında İngiltərə klubuna qarşı matçda beş qol vuran ilk Fransa komandası kimi tarixə düşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [14:45]
Veteran qapıçı: Minifutbol millisindəki uğurların əsas açarı baş məşqçidir
- 05.06.2026 [14:11]
Güləş üzrə Azərbaycan yığmaları mötəbər yarışlara bölgələrdə hazırlaşır
- 05.06.2026 [13:26]
Cüdoçular Avropa çempionatına Şamaxıda hazırlaşırlar
- 05.06.2026 [11:32]
Bölgə klubu bütün legionerlərlə vidalaşır, yerlilərlə danışıqlar olacaq
- 05.06.2026 [10:55]