İDMAN
PSJ klubu Almaniya millisinin yarımmüdafiəçisini heyətinə cəlb edib
Bakı, 26 dekabr, AZƏRTAC
Fransanın PSJ klubunun mövsümlərarası fasilədə transfer etdiyi ilk futbolçu Juliyan Draxler olub.
AZƏRTAC xəbər verir ki, PSJ-nin idman direktoru Patrik Kluvertlə görüşən 23 yaşlı yarımmüdafiəçi yeni klubu ilə anlaşdığını elan edib. “Volfsburq”a 43 milyon avro təzminata razılıq verən PSJ futbolçu ilə 4,5 illik müqavilə imzalayıb.
Almaniya yığması ilə 2014-cü ildə dünya çempionu adını qazanan Draxler "Volfsburq"da cari mövsüm meydana çıxdığı 14 oyunda 2 qol ötürməsi edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [18:49]
Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb
- 06.05.2024 [18:28]
Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub
- 06.05.2024 [18:05]
Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub
- 06.05.2024 [17:26]
Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib
- 06.05.2024 [17:24]
Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir
- 06.05.2024 [17:06]
“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır
- 06.05.2024 [16:42]