PSJ-nin sabiq futbolçusu 35 yaşında dünyasını dəyişib
Bakı, 25 oktyabr, AZƏRTAC
Mərakeş millisinin və Fransanın PSJ komandasının sabiq futbolçusu Abdelaziz Barrada 35 yaşında dünyasını dəyişib.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, yarımmüdafiəçinin ölümünə ürəktutması səbəb olub. Veteran futbolçu 2021-ci ildə karyerasını bitirmişdi.
A.Barrada PSJ ilə yanaşı, “Marsel” (Fransa), “Xetafe” (İspaniya) və “Antalyaspor” (Türkiyə) kimi komandalarda da çıxış edib. O, Mərakeş millisinin heyətində 28 matçda 4 qolla yadda qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]