Pusan Beynəlxalq Film Festivalının vaxtı dəyişdirilib
Pekin, 12 sentyabr, AZƏRTAC
Cənubi Koreyanın Pusan şəhərində keçirilməsi nəzərdə tutulan 25-ci beynəlxalq film festivalının vaxtı dəyişdirilib.
AZƏRTAC tədbirin təşkilat komitəsinə istinadla xəbər verir ki, festival əvvəlcə planlaşdırıldığı kimi oktyabrın 7-16-da deyil, 21-30-da keçiriləcək. Beynəlxalq festivalın vaxtının dəyişdirilməsinə səbəb Cənubi Koreyada COVID-19 infeksiyasına yoluxma hallarının çoxalmasıdır.
Təşkilatçılar açılış və bağlanış mərasimləri, film müzakirələri də daxil olmaqla, bütün kütləvi tədbirləri ləğv edib. Bundan başqa, tədbirə xaricdən heç bir qonaq dəvət olunmayacaq. Yalnız seçilmiş filmlər Pusan Kino Mərkəzində nümayiş olunacaq, Asiya film bazarı, festivalın forumu və digər tədbirlər isə onlayn rejimdə keçiriləcək.
Bildirilir ki, əgər ölkədə hazırda davam edən 2-ci dərəcədə sosial məsafə tədbirləri davam edərsə və ya 1-ci dərəcəyə qaldırılarsa, festivalın builki buraxılışının tamamilə ləğv edilməsi də gündəlikdədir.
Qeyd edək ki, Pusan Beynəlxalq Film Festivalı Asiyada ən nüfuzlu kino tədbirlərdən hesab olunur. Festival 1996-cı ildən bəri hər il təşkil olunur. Ötən ilki buraxılışda 85 ölkədən 299 film nümayiş olunmuşdu.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]