Pxençxanda snoubord üçün Olimpiya trassını latviyalılar tikəcəklər
Riqa, 11 yanvar, AZƏRTAC
Pxençanda keçiriləcək 2018-ci il Qış Olimpiadasında snoubord üçün trassı Latviyanın “We Build Parks” (“Baltic Snowpark Agency”) şirkətinin mütəxəssisləri çoxillik tərəfdaşları - Almaniyanın “Schneestern” şirkəti ilə birgə tikəcəklər.
AZƏRTAC xəbər verir ki, “Baltic Snowpark Agency” (BSA) şirkəti təkcə Baltik ölkələri üçün deyil, həmçinin qlobal beynəlxalq layihələr, o cümlədən fevralın 9-dan 25-dək keçiriləcək “Olimpiada-2018”də istifadə olunacaq qar trasslarını tikir.
Olimpiya Komitəsi Latviyalı mütəxəssislərin ruh yüksəkliyini və peşəkarlığını hələ ötən il, BSA komandası Dünya Kuboku yarışları üçün trassın tikintisində iştirak edərkən dəyərləndirmişdi. O vaxt ustalar külək və buzlanma kimi çətinliklərlə qarşılaşmışdılar. Buna baxmayaraq, rəsmi məşqlərin başlanmasına 3 saat qalmış onlar işi başa çatdırdılar. Həm Olimpiya Komitəsi, həm dünyanın hər yerindən gələn atletlər qeyd ediblər ki, bu, onların indiyə qədər istifadə etdikləri trasslar arasında ən yaxşısıdır.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:06]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [20:13]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]