Qabriele Qravina İtaliya Futbol Federasiyasının prezidenti seçilib
Bakı, 22 oktyabr, AZƏRTAC
Qabriele Qravina İtaliya Futbol Federasiyasının (FIGC) yeni prezidenti seçilib. Bu barədə qurumun “Twitter” sosial şəbəkəsindəki rəsmi mikrobloqunda məlumat verilib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, “Lega Pro” divizionuna (gücünə görə İtaliyanın üçüncü divizionu) başçılıq edən Q.Qravina FIGC prezidenti seçkilərində yeganə namizəd olub. Respondentlərin 97,2 faizi onun seçilməsi lehinə səs verib. Futbol Federasiyasının prezidenti Karlo Tavekkio İtaliya yığması Rusiyada dünya çempionatına düşə bilmədiyi üçün vəzifəsindən getdiyinə görə bu vəzifə 2017-ci ilin noyabrından vakant yer olub. Təşkilat səsvermənin dörd turu ərzində yeni prezident seçə bilməyib. Bu ilin fevralında FIGC-ə fövqəladə komissar kimi müvəqqəti olaraq İtaliya Milli Olimpiya Komitəsinin baş katibi Roberto Fabbriçini başçılıq edib.
Oktyabrın əvvəlində belə bir məlumat yayılıb ki, Milanın “İnter” klubunun sabiq sahibi və prezidenti Massimo Moratti FIGC prezidenti vəzifəsinə namizədliyini irəli sürməkdən imtina edib. Buna görə də Q.Qravina bu vakant vəzifəyə yeganə namizəd olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]