QAÇQINLARLA GÖRÜŞ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri Novruz bayramı ərəfəsində Abşeron rayonunun mədəniyyət sarayında qaçqın və məcburi köçkünlərlə görüşmüşlər.
Nazir Əli Nağıyev çıxış edərək görüş iştirakçılarını bayram münasibətilə təbrik etmişdir. O, əmin olduğunu bildirmişdir ki, Prezident Heydər Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində torpaqlarımız sülh yolu ilə azad olunacaq, soydaşlarımız öz doğma yurdlarına qayıdacaqlar.
Sonra nazirlik tərəfindən qaçqınlara və məcburi köçkünlərə maddi yardım göstərilmişdir.
Onlar göstərilən qayğı və diqqətə görə dövlətimizin başçısına, nazirliyin rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.