Qadın cüdoçularımız Macarıstanda Avropa kuboku yarışında mübarizə aparacaqlar
Bakı, 16 iyul, AZƏRTAC
Bu gün Macarıstanın Paks şəhərində gənclər arasında Avropa kuboku yarışı start götürür.
AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək turnirdə Azərbaycanın qadın cüdoçuları iştirak edəcəklər. Məşqçi Vüqar Hüseynovun rəhbərliyi altında komandamızı Rita Əliyeva (52 kq), Lətifə Abbasova (57 kq), Nərmin Əmirli (78 kq) təmsil edəcək.
Turnirə dünyanın 34 ölkəsindən 387 idmançı qatılacaq.
Qeyd edək ki, idmançılarımız yarışdan sonra Paksda təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]