QADIN GÜLƏŞÇİLƏRİN MİNSKDƏ TƏLİM–MƏŞQ TOPLANIŞLARI DAVAM EDİR
Bakı, 3 mart (AZƏRTAC). Azərbaycanın qadın güləşçilərdən ibarət yığma komandası Minskdə təlim-məşq toplanışlarında iştirak edir.
Gənclər və İdman Nazirliyindən verilən xəbərə görə, toplanışlara baş məşqçi Nazim Əlicanovun və məşqçi Orest Skobelskinin rəhbərliyi ilə 7 idmançı qatılmışdır.
Azərbaycan yığmasının heyətində Pekin Olimpiadasının bürünc mükafatçısı Mariya Stadniklə (48 kq) yanaşı, Əminə Abbasova (48 kq), Yelena Komarova (55 kq), Sona Əhmədova (59 kq), Olesya Zamula (63 kq), Zümrüd Qurbanhacıyeva (67 kq) və Dina İvanova (72 kq) yer alırlar.
Ayın 5-dək davam edəcək hazırlıq prosesindən sonra Azərbaycan güləşçiləri Minskdə 3 qat Olimpiya, 7 qat dünya çempionu Aleksandr Medvedin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [20:28]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
- 05.06.2026 [19:59]
Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub
- 05.06.2026 [19:46]
Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb
- 05.06.2026 [19:18]
Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO
- 05.06.2026 [18:52]