Qadın polis əməkdaşları məişət zorakılığı ilə mübarizədə fəal iştirak edirlər
Bakı, 28 noyabr, AZƏRTAC
Bakı şəhərində qadın polis əməkdaşları məişət zorakılığı ilə mübarizə istiqamətində fəal iştirak edirlər. Onlar əhali arasında hüquqi maarifləndirmə aparır, zərərçəkmiş şəxslərin müdafiəsini təmin edir və icma ilə sıx əməkdaşlıq edirlər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru Kəmalə Ələkbərova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi “Təhlükəsiz həyatın qurulmasında icma liderlərinin rolu: Suraxanıda yeni sosial yanaşma” mövzusunda tədbirdə söyləyib. O bildirib ki, 2024-cü il üzrə cinayətlərdən zərər çəkmiş şəxslərin statistikası göstərir ki, məişət zorakılığı qurbanlarının əksəriyyəti qadınlardır. Bu, qadınların müdafiəsinin və maarifləndirmə işlərinin vacibliyini bir daha göstərir.
K.Ələkbərova əlavə edib ki, qadın polis əməkdaşlarının sayı artdıqca və onların cəmiyyətdə iştirakı gücləndikcə, məişət zorakılığı hallarının qarşısının alınması və zərərçəkmişlərin müdafiəsi daha effektiv həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [14:34]
Dövlət Xidmətinin rəisi Ağsuda vətəndaşların müraciətlərini dinləyib
- 05.06.2026 [13:45]
Gecikdirilmiş 378,3 min manat vəsaitin işçilərə ödənilməsi təmin olunub
- 05.06.2026 [13:42]