İDMAN
Qadın sablyaçılardan ibarət Azərbaycan millisi dünya çempionatını on üçüncü pillədə başa vurub
Bakı, 26 iyul, AZƏRTAC
İyulun 26-da Çinin Usi şəhərində qılıncoynatma üzrə dünya çempionatında qadınlar arasında sablya yarışlarına start verilib.
AZƏRTAC xəbər verir ki, Səbinə Kərimova, Sevil və Sevinc Bünyatovadan ibarət milli komandamız ilk mərhələdə Tailand millisinə 45:37 hesabı ilə qalib gəlib. Komandamız ilk səkkizliyə düşmək uğrunda görüşdə İtaliya millisinə 34:45 hesabı ilə uduzub. Ardınca qadın sablyaçılarımız ən güclü 12 komanda arasında yer almaq uğrunda görüşdə Yaponiya yığmasına 34:45 hesabı ilə məğlub olub. 13-14-cü yerlər uğrunda görüşlərdə ilk olaraq Honkonqa 45:29 hesabı ilə qalib gələn yığmamız sonuncu qarşılaşmasında İrana 45:36 hesabı ilə qalib gələrək turniri 13-cü sırada başa vurub.