Qadın sablyaçılarımız dünya kubokunun mərhələ yarışında iştirak edirlər
Bakı, 10 fevral, AZƏRTAC
Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamız Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən dünya kubokunun mərhələ yarışında iştirak edir.
Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, fevralın 10-da qadın sablyaçıların şəxsi yarışında təsnifat mərhələsinə yekun vurulub.
Dünya reytinqində birinci sırada qərarlaşan Anna Başta mübarizəyə əsas mərhələdən başlayacaq. Digər sablyaçılarımızdan Səbinə Kərimova və Zərifə Hüseynova da əsas mərhələyə yüksəlməyi bacarıb. Qrupda 4 qələbəsi olan Səbinə 64-lüyə yüksəlmək uğrunda keçirilən yarışda Özbəkistan təmsilçisi Paola Pliegoya 15:8 hesabı ilə qalib gəlib. Zərifə isə alman Julika Funkeni 15:13 hesabı ilə məğlub edərək əsas mərhələdə mübarizə aparmaq hüququ qazanıb.
Anna Başta əsas mərhələdə italyan Sofia Ciaragliya, Zərifə Hüseynova fransalı Karolin Queroli, Səbinə Kərimova isə çinli Yaqi Şao ilə qarşılaşacaq.
Palina Kaspiaroviç, Sevil Bünyatova və Valeriya Bolşakova qrup mərhələsini uğurla adlasa da, təsnifat mərhələsinin pley-offunda mübarizəni dayandırıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:32]
“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub
- 09.06.2026 [19:57]
Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub
- 09.06.2026 [19:24]
Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib
- 09.06.2026 [19:08]
Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib
- 09.06.2026 [18:40]
Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub
- 09.06.2026 [18:13]
Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub
- 09.06.2026 [17:47]
DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR
- 09.06.2026 [17:16]