Qadın şahmatçılar Ümumdünya Şahmat Olimpiadasına hazırlığa başlayıblar
Bakı, 18 iyul, AZƏRTAC
Qadın şahmatçılardan ibarət Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışına başlayıb.
Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 10 günlük hazırlıqda millinin üzvləri - Günay Məmmədzadə, Gülnar Məmmədova, Gövhər Beydullayeva, Xanım Balacayeva və Ülviyyə Fətəliyeva iştirak edirlər.
Milli komandaya hazırlıqda Belarus şahmatçısı, beynəlxalq usta, məşqçi Mixail Şereşevski, beynəlxalq qrossmeysterlər Nicat Məmmədov, Cahangir Ağarəhimov və beynəlxalq usta Abdulla Qədimbəyli kömək edirlər.
Bakıda başlayan toplanış Qalaltıda bir neçə günlük hazırlıqla yekunlaşacaq.
Qeyd edək ki, 44-cü Ümumdünya Şahmat Olimpiadası Hindistanın Çennay şəhərində keçiriləcək. İyulun 28-də start götürəcək olimpiada avqustun 10-da başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]
ABŞ millisi dünya çempionatına qələbə ilə başladı
- 13.06.2026 [02:15]
Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq
- 13.06.2026 [01:37]
Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb
- 12.06.2026 [23:25]