QADIN XOKKEYÇİLƏRİMİZ BEYNƏLXALQ TURNİRƏ QƏLƏBƏ İLƏ BAŞLADILAR
Martın 29-dək davam edəcək turnirdə dünya çempionatının iştirakçıları İtaliya, Azərbaycan və Ukrayna komandaları iki dövrədə dairəvi sistemlə mübarizə aparacaqlar. Turnirin ilk günü Azərbaycan xokkeyçiləri Ukrayna yığması ilə qarşılaşmışdır. Gərgin idman mübarizəsi şəraitində keçən oyunun ilk hissəsində hesab açılmamışdır. Görüşün ikinci hissəsinin 20-ci dəqiqəsində xokkeyçimiz Zərifə Zeynalova hesabı açmışdır. Qarşılaşmanın 64-cü dəqiqəsində Liyana Nuriyeva rəqib qapısından komandamızın ikinci topunu keçirmiş və görüş 2:0 hesabı ilə xokkeyçilərimizin xeyrinə başa çatmışdır. Martın 25-də İtaliya və Ukrayna komandaları görüşəcəkdir. Komandamız növbəti oyununu martın 26-da İtaliya yığması ilə keçirəcəkdir.
Xatırladaq ki, turnirin təşkilindən əsas məqsəd yığmamızı dünya çempionatı ərəfəsində sınaqdan çıxarmaqdır. Aprelin 25-dən mayın 5-dək Roma şəhərində keçiriləcək dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığması “B” qrupunda Yeni Zelandiya, ABŞ, İtaliya, İrlandiya və Koreya xokkeyçiləri ilə qarşılaşacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]
“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb
- 01.10.2026 [10:15]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb
- 01.10.2026 [10:05]