Qafqaz Müsəlmanları İdarəsinin sədri Vatikana səfər edəcək
Bakı, 27 oktyabr, AZƏRTAC
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə bu gün Vatikana səfər edəcək.
QMİ-nin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səfər Roma Katolik Kilsəsinin digər dinlərlə əlaqələrinin bünövrəsini formalaşdıran II Vatikan Şurasının əsas sənədi olan “Nostra Aetate”nin 60-cı ildönümü münasibətilə keçiriləcək təntənəli tədbirlərə dəvət əsasında reallaşacaq.
Şeyxülislam A.Paşazadə oktyabrın 28-də Dinlərarası Dialoq Dikasteriyası və Xristian Birliyinin Təşviqi Dikasteriyası ilə birgə “Nostra Aetate” sənədini təqdir etmək, həmçinin sülh, barışıq və dinlərarası dialoqun zəruriliyini bir daha təsdiqləmək məqsədilə nəzərdə tutulmuş silsilə tədbirlərdə iştirak edəcək.
Səfər çərçivəsində QMİ sədrinin Roma Papası XIV Leo, Vatikan rəsmiləri, müxtəlif dini konfessiyaların tanınmış din xadimləri, o cümlədən müsəlman dünyasının tanınmış dini liderləri ilə görüşləri nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [12:11]
Ucarda 1 tondan çox çətənə kolu məhv edilib
- 07.08.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [11:29]
Ötən gün narkotiklərlə əlaqəli 29 fakt müəyyən edilib
- 07.08.2026 [11:18]
Tovuzda pensiya və sosial müavinətlərə dair ictimai dinləmə olacaq
- 07.08.2026 [11:12]
Penitensiar müəssisələrin kitabxana fondları zənginləşdirilib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Yekaterinburqa dron hücumu olub
- [08:55]
İmişlidə traktorun altında qalan uşaq ölüb
- 06.08.2026 [23:50]