“QAFQAZLILARIN RUSİYADA MACƏRALARI” MOSKVA SƏHNƏSİNDƏ
Teatrın bədii rəhbəri respublikamızın xalq artisti Afaq Bəşirqızı, tamaşanın quruluşçu rejissoru Aleksandr Şarovski, ssenari müəllifi Vladimir Neverovdur. Afaq Bəşirqızı, əməkdar artist Səfa Mirzəhəsənov, artistlər Natalya Haşımova, Eldar Bağırbəyov, Salman Bayramov, Ruqiyyə Quliyeva, Fuad Osmanov və Emil Tahirovun iştirak etdikləri tamaşada Moskvaya gələn və qeyri–adi, bəzən isə məzəli hadisələrlə rastlaşan azərbaycanlıların və digər qafqazlıların həyatından ayrı–ayrı səhnələr böyük məharətlə oynanılmışdır.
“Qafqazlıların Rusiyada macəraları” tamaşası moskvalı soydaşlarımız üçün əsl bayrama çevrilmiş və onlar tamaşa salonunu xoş əhval-ruhiyyə ilə tərk etmişlər.
Tamaşa başa çatdıqdan sonra Afaq Bəşirqızı göstərdikləri dəstəyə görə, ölkəmizin Rusiyadakı səfirliyinə, Ümumrusiya Azərbaycan Konqresinə, habelə əsəri hərarətlə qarşılayan tamaşaçılara minnətdarlığını bildirmişdir.
Xatırladaq ki, “Qafqazlıların Rusiyada macəraları” bu ölkənin daha 21 şəhərində göstəriləcəkdir.