ELM VƏ TƏHSİL
Qafqazşünaslıq İnstitutu: “Şuşa İli”nə həsr olunan respublika elmi konfransına tezis qəbulu aparılır
Bakı, 16 iyun, AZƏRTAC
AMEA Qafqazşünaslıq İnstitutu tərəfindən oktyabrda keçiriləcək “Cənubi Qafqazda reallıqlar” mövzusunda respublika elmi konfransına tezis qəbulu aparılır.
Bu barədə AZƏRTAC-a Qafqazşünaslıq İnstitutundan məlumat verilib. Bildirilib ki, “Şuşa İli”nə həsr olunan konfrans “44 günlük Vətən müharibəsi və Cənubi Qafqazda yeni reallıqlar”, “Cənubi Qafqazda ictimai-siyasi proseslər”, “Böyük və qonşu dövlətlərin Cənubi Qafqaz siyasəti”, “Cənubi Qafqazda Şuşa şəhərinin yeri” bölmələrini əhatə edəcək.
Konfransda iştirak etmək istəyənlər tezislərini sentyabrın 10-dək [email protected] poçt ünvanına göndərməlidir. Müəlliflər konfransın Elmi Komitəsinin tezislər barəsində qərarı haqqında sentyabrın 15-də məlumatlandırılacaq. Yalnız müsbət rəy alan tezislər qəbul və çap ediləcək.
Tədbirin keçiriləcəyi gün barədə əlavə məlumat veriləcək.