“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti Gənclər Günü münasibətilə tədbir keçirib
Afina, 2 fevral, AZƏRTAC
“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti 2 fevral - Gənclər Günü münasibətilə Yunanıstanın Saloniki şəhərində “Azərbaycanda Gənclər siyasəti” mövzusunda yerli gənclər qarşısında təqdimat keçirib.
AZƏRTAC xəbər verir ki, təqdimat zamanı Azərbaycan Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və “Azərbaycan Diaspor Gəncləri” təşkilatının fəaliyyətləri barədə məlumat verilib. Azərbaycanda gənclər üçün yaradılan şərait və imkanlar müzakirə olunub. Prezident İlham Əliyevin gənclərlə bağlı siyasətindən danışılıb.
Təqdimat yerli gənclər tərəfindən maraqla qarşılanıb və cəmiyyətin üzvlərinə mövzu ətrafında suallar verilib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina