QANUN POZUNTULARINA GÖRƏ 125 AKT VƏ PROTOKOL TƏRTİB EDİLMİŞDİR
Bakı, 21 iyul (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları xidməti ərazisində - Qobustan, Abşeron, Sumqayıt və Xızı inzibati rayonlarında yer təkinin, su, atmosfer havasının, torpaqların, ətraf mühitin, flora və faunanın mühafizəsi sahəsində mütəmadi olaraq monitorinq və reydlər keçirirlər.
Cari ilin 6 ayı ərzində şöbənin əməkdaşları tərəfindən hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə ümumilikdə 125 akt və protokol tərtib edilmiş, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 91 icrası məcburi olan göstərişlər verilmişdir. 7 iş üzrə 6380 manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyanla bağlı 1 iş üzrə 18,15 manat məbləğində iddia qaldırılmışdır. İdarə və müəssisələrə 70 iş üzrə 48020 manat məbləğində ödəmə tətbiq edilmiş və ödənilməsi təmin olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [16:47]
Lerik-Lənkəran sərhədində zəlzələ olub
- 10.08.2026 [16:00]
Bakıda yağış yağacaq
- 10.08.2026 [12:42]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 10.08.2026 [11:57]
Faktiki hava: Bəzi rayonlara leysan yağır
- 09.08.2026 [17:40]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub
- 09.08.2026 [12:46]