Qanunsuz ovlanmış balıqların satışı ilə məşğul olanlar barəsində tədbirlər görülüb
Bakı, 20 fevral, AZƏRTAC
Qanunsuz balıq ovunun və qeyri-qanuni əldə edilmiş ov məhsullarının satışının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Su Nəqliyyatında Polis İdarəsinin Brakonyerliyə qarşı mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilən birgə nəzarət tədbirləri zamanı Bakı şəhərində qanunsuz ovlanmış balıqların satışı ilə məşğul olan şəxslər müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, araşdırma zamanı onların Bakı şəhər sakinləri Şamo Ələbbasov, Sabir Həsənov, Mehbarə Abdullayeva, Tofiq Həsənov və Mingəçevir şəhər sakini Tahir Əhmədov olduğu məlum olub. Qanunsuz ovlanmış balıqların satışı ilə məşğul olan şəxslər barəsində akt tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.
Xidmət rəsmisinin sözlərinə görə, ölkə ərazisində qanunsuz balıq ovunun və satışının qarşısını almaq məqsədilə keçirilən nəzarət tədbirləri davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [17:11]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [13:04]
Sabahın hava proqnozu açıqlanıb
- 05.06.2026 [19:15]
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO
- 05.06.2026 [19:05]
Rusiyalı mütəxəssis: Xəzərin enməsi prosesi davam edəcək
- 05.06.2026 [18:50]
Elnur Səfərov: Dənizin səviyyəsinin azalması prosesi bizi qabaqlayır
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]