Qanunsuz ovlanmış iki baş cüyür aşkarlanıb
Bakı, 4 dekabr, AZƏRTAC
Dekabrın 3-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının Şəki rayon Baş Kəldək kəndinin dağlıq meşə ərazisində birgə keçirdikləri reyd zamanı qanunsuz cüyür ovlanması faktı aşkar edilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, reyd zamanı meşə ərazisində “Niva” markalı 55 BD 533 dövlət qeydiyyat nişanlı avtomobil saxlanılıb. Avtomobilə keçirilən baxış zamanı başı boğazından kəsilmiş, dərisi soyulmuş, çəkiləri 9 və 13 kiloqram olan 2 baş cüyürün əti və 2 ov tüfəngi aşkar edilərək maddi sübut kimi götürülüb.
Araşdırma zamanı qanun pozucularının Şəki rayon Baş Kəldək kənd sakinləri Dağlar Hüseynov, Telman Məmmədov və oğlu Alim Məmmədovun olduğu müəyyən edilib. Təqsirkarlar barəsində protokollar tərtib olunub və hazırda onların məsuliyyətə cəlb edilməsi üçün qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]