“Qarabağ” - “Çelsi” oyununun biletləri satışa çıxarılıb
Bakı, 29 oktyabr, AZƏRTAC
UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək “Qarabağ” - “Çelsi” (İngiltərə) oyununun biletləri satışa çıxarılıb.
Ağdam təmsilçisindən AZƏRTAC-a verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq, 10, 15, 25, 35, 40, 50 və 75 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200, 250, 300, 400 və 1000 manatdır.
Biletləri yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən almaq olar. Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, “Qarabağ”ın Park Bulvardakı Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarına müraciət edə bilərlər.
Qeyd edək ki, noyabrın 5-də keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:30]
Serbiyanın idman naziri Azərbaycana gəlib
- 08.06.2026 [18:28]
Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm
- 08.06.2026 [18:06]
“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib
- 08.06.2026 [18:03]
Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq
- 08.06.2026 [17:31]
“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq
- 08.06.2026 [17:15]
Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir
- 08.06.2026 [15:45]