“Qarabağ” – “Gent” matçını İsveçdən olan hakimlər briqadası idarə edəcək
Bakı, 15 fevral, AZƏRTAC
UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində fevralın 16-da keçiriləcək “Qarabağ” - “Gent” (Belçika) qarşılaşmasının hakimləri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq oyunu İsveçdən olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Mohammed Al-Hakim olacaq. Ona Fredrik Klyver və Robin Vilde kömək edəcəklər. Dördüncü hakim funksiyasını Bojan Pandzic yerinə yetirəcək.
Oyunun hakim-inspektoru estoniyalı Uno Tutk, UEFA nümayəndəsi İrlandiya təmsilçisi Peadar Ryan olacaq.
“Qarabağ”- “Gent” oyunu saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:30]
Serbiyanın idman naziri Azərbaycana gəlib
- 08.06.2026 [18:28]
Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm
- 08.06.2026 [18:06]
“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib
- 08.06.2026 [18:03]
Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq
- 08.06.2026 [17:31]
“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq
- 08.06.2026 [17:15]
Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir
- 08.06.2026 [15:45]