“Qarabağ” – “Gent” matçının biletləri satışa çıxarılıb
Bakı, 10 fevral, AZƏRTAC
UEFA Konfrans Liqasının pley-off mərhələsində Ağdamın “Qarabağ” klubunun Belçikanın “Gent” komandası ilə Bakıda keçirəcəyi ilk oyunun biletləri satışa çıxarılıb.
AZƏRTAC Ağdam təmsilçisinin saytına istinadən xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 5, 30, 40, 75 və 100 manat təşkil edir.
Azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, “Iticket.az”ın satış məntəqələrindən (iticket.az-da onlayn satış), “Qarabağ”ın Park Bulvardakı “Fan şop”undan, eləcə də, “28 Mall” və “Gənclik Mall” ticarət mərkəzlərindən əldə edə bilərlər.
Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - “Gent” görüşü saat 21:45-də başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [13:07]
Azərbaycanlı voleybolçular Serbiyada təlim-məşq toplanışı keçəcəklər
- 10.06.2026 [12:50]
“Şəfa” klubu növbəti transferini reallaşdırıb
- 10.06.2026 [12:43]
“Qəbələ” afrikalı futbolçu ilə vidalaşıb
- 10.06.2026 [10:51]
Norveç millisi dünya çempionatına 300 kiloqram balıq aparacaq
- 10.06.2026 [02:32]