İDMAN
“Qarabağ” - “Sürix” oyununda Ağdam təmsilçisi hesabda önə keçib
Bakı, 19 iyul, AZƏRTAC
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Sürix” ilə keçirilən oyunda “Qarabağ” hesabda önə keçib.
AZƏRTAC xəbər verir ki, oyunun 36-cı dəqiqəsində İbrahima Vadji komandasının ikinci topunu İsveçrə çempionunun qapısından keçirib - 2:0. Matçda hesabı Ağdam təmsilçisinin heyətində Kadi Borges açıb.
Hazırda birinci hissə davam edir.
Qarşılaşmanı Bosniya və Herseqovinadan olan baş hakim İrfan Peljto idarə edir.
"Qarabağ" birinci təsnifat mərhələsində Polşa "Lex"ini iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb - 0:1;5:1. "Şürix" isə avrokuboklarda mübarizəyə bu mərhələdən başlayacaq.
Cavab oyunu iyulun 27-də İsveçrədə keçiriləcək. “Sürix”i üstələyəcəyi təqdirdə, “Qarabağ” UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Ferentsvaroş” (Macarıstan) - “Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək. Əks halda, Azərbaycan təmsilçisi Avropa Liqasının eyni raundunda “Linfild” (Şimali İrlandiya) - “Budyo Qlimt” (Norveç) cütünün məğlub komandası ilə görüşəcək.