“Qarabağ” klubu Azərbaycan çempionatlarında ən məhsuldar səfər oyununu keçirib
Bakı, 19 sentyabr, AZƏRTAC
“Qarabağ” klubu Azərbaycan çempionatlarında ən məhsuldar səfər oyununu keçirib. Ağdam təmsilçisi Azərbaycan Premyer Liqasının yeddinci turunda “Zirə”nin qapısına 7 qol vurub. Bu, bölgə təmsilçisinin səfər görüşləri üçün yeni rekorddur.
AZƏRTAC xəbər verir ki, “Qarabağ” 1992-ci ildən keçirilən ölkə çempionatlarında yalnız öz meydanında 7 və ya daha çox qol vurmağı bacarmışdı. 7:1 hesablı qələbə qazanan Ağdam klubu həm də ən böyük hesablı səfər qalibiyyətini təkrarlayıb. Bu, “Qarabağ”ın rəqib meydanındakı altı top fərqli 5-ci uğurudur.
Bu, həm də “Zirə”nin 7 qol buraxdığı ilk qarşılaşmadır. Qəsəbə təmsilçisi tarixində 3-cü dəfə 6 top fərqi ilə uduzub.
Qeyd edək ki, Zirədəki oyun həm mövsümün ən məhsuldar matçı, həm də ən böyük hesablı nəticəsi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [18:40]
Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub
- 09.06.2026 [18:13]
Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub
- 09.06.2026 [17:47]
DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR
- 09.06.2026 [17:16]
Mahir Emreli karyerasının ən çətin oyununu açıqlayıb
- 09.06.2026 [16:35]
“Turan Tovuz” kapitanı ilə vidalaşıb
- 09.06.2026 [16:19]