Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Qarabağ” komandası UEFA Çempionlar Liqasında ilk oyununu keçirib

London, 12 sentyabr, AZƏRTAC

Sentyabrın 12-də UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümünün qrup mərhələsinə start verilib.

AZƏRTAC xəbər verir ki, qrup mərhələsinin “C” qrupunda yer alan Ağdamın “Qarabağ” komandası qitənin ən nüfuzlu klub turnirində keçirdiyi ilk oyunda Londonda “Çelsi” klubunun qonağı olub. Oyun “Çelsi” komandasının 6:0 hesablı qələbəsi ilə başa çatıb.

“Stamford Bridc” stadionunda keçirilən matçı yunanıstanlı Tasos Sidiropoulosun başçılıq etdiyi hakimlər briqadası idarə edib.

Ağdam təmsilçisinin start heyətində İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Dino Ndlovu, Pedro Enrike, Rəşad Sadıqov, Riçard Almeyda, Yakub Jezniçak, Bədavi Hüseynov və Donald Gerye yer alıblar.

Ev sahibi “Çelsi”nin heyətində isə meydana Tibo Kurtua, Markos Alonso, Sesk Fabreqas, Nqolo Kante, Pedro Rodrigez, David Zappakosta, Vilian, Miki Batşuayi, Qari Keyhil, Andreas Kristiansen, Sezar Azpilikueta çıxıblar.

Oyuna sürətli hücumlarla başlayan ev sahibləri ilk dəqiqələrdən “Qarabağ”ın qapısı qarşısında təhlükəli vəziyyətlər yaradıblar. Ardıcıl hücumlar nəticəsində “Çelsi” erkən qolla oyunda hesabı açıb. Matçın 5-ci dəqiqəsində Pedro Rodrigez dəqiq zərbə ilə komandasını hesabda irəli çıxarıb - 0:1. Matçın 15-ci dəqiqəsində Rəşad Sadıqovun yerinə yetirdiyi cərimə zərbəsindən sonra top qapının üstündən keçib. Görüşün 19-cu dəqiqəsində isə Vilian və Batşuayinin qarşılıqlı ötürməsindən sonra zərbə mövqeyinə çıxan Vilianın vurduğu topu İbrahim Şehiç qaytara bilib. Geri qayıdan topa özünü yetirən Batşuayinin zərbəsi isə dəqiq olmayıb.

Matçın 30-cu dəqiqəsində “Qarabağ”ı əks-hücumda “yaxalayan” ev sahibləri hesab arasındakı fərqi artırıblar. “Qarabağ” komandasının sol cinahından təşkil olunan sürətli hücumda İbrahim Şehiçin irəli çıxdığını görən Zappakosta uzaq məsafədən vurduğu dəqiq zərbə ilə hesab arasındakı fərqi iki topa çatdırıb - 0:2.

Oyunun 35-ci dəqiqəsində Pedro Enrikenin qüvvətli zərbəsini qapıçı Kurtua dəf edib.

Görüşün birinci hissəsi “Çelsi”nin 2:0 hesablı üstünlüyü ilə başa çatıb.

Matçın ikinci hissəsinə də sürətli hücumlarla başlayan London təmsilçisi qonaqları üçüncü dəfə topu oyuna mərkəzdən başlamağa məcbur edib. Sezar Azpilikueta 55-ci dəqiqədə topu başla “Qarabağ” komandasının qapısından keçirib - 0:3. Görüşün 67-ci dəqiqəsində sürətlə “Qarabağ”ın cərimə meydançasına daxil olan Vilianın qüvvətli zərbəsindən sonra top qapı tirinə dəyərək meydanı tərk edib.

Qarşılaşmanın 71-ci dəqiqəsində “Çelsi” futbolçularının künc zərbəsindən sonra başlatdıqları hücumda “Qarabağ” komandasının cərimə meydançasına ötürülən topa müdafiəçilərin səhvindən istifadə edərək dəqiq zərbə vuran Bakayoko hesab arasındakı fərqi dörd topa çatdırıb. Bu qoldan beş dəqiqə sonra “Qarabağ” komandasının müdafiəçilərinin növbəti səhvindən yararlanan ev sahiblərinin təşkil etdikləri hücumu Batşuayi dəqiq zərbə ilə tamamlayaraq beşinci topu qonaqların qapısından keçirib. Oyunun sonuna yaxın üstünlüyü tamamilə ələ alan “Çelsi” futbolçularının hücumu nəticəsində hesab arasındakı fərq altı topa çatıb. Belə ki, matçın 82-ci dəqiqəsində Zappakostanın ötürməsindən sonra top Maksim Medvedevə toxunaraq qapıdan keçib - 0:6.

Matçın 87-ci dəqiqəsində “Qarabağ”ın təşkil etdiyi sürətli hücumda rəqibin cərimə meydançasında bir müdafiəçini keçərək zərbə mövqeyinə çıxan Dino Nlovunun vurduğu top qapının bir qədər üstündən keçib.

Beləliklə, “Qarabağ” komandası UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda səfərdə “Çelsi”yə 0:6 hesabı ilə məğlub olub. Ağdam təmsilçisi UEFA Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununu sentyabrın 27-də Bakıda “Roma” komandasına qarşı keçirəcək.

Bu qrupun digər oyununda “Roma” komandası İtaliyada “Atletiko Madrid”in müqavimətini qıra bilməyib - 0:0.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası