“Qarabağ” komandasının Qarabağa səfəri başa çatıb
Füzuli, 25 iyun, AZƏRTAC
"Qarabağ" futbol komandasının Qarabağa səfəri başa çatıb.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində son dayanacaq Füzuli şəhəri olub.
Komanda burada böyük coşqu ilə qarşılanıb. Şəhər sakinləri ilə görüşdə, xüsusilə uşaqlar Q.Qurbanov və futbolçularla şəkil çəkdirmək üçün sıraya düzülüblər.
Komanda üzvləri daha sonra Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbə baş çəkiblər. Bununla da səfər yekunlaşıb.
Qeyd edək ki, səfər "Qarabağ"ın Gənclər və İdman Nazirliyi ilə birgə təşkilatçılığı ilə baş tutub. Komanda daha əvvəl Şuşa, Xankəndi və Ağdamda olub.