QARABAĞ MÜHARİBƏSİ ƏLİLİNƏ EV TİKİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Ağstafa rayonu Qarahəsənli kəndinin sakini, ikinci qrup Qarabağ müharibəsi əlili Mahir Məmmədova dövlət hesabına ev tikilmişdir. 3 otaqlı ev kənd yerində yaşamaq üçün çox əlverişlidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, rayon icra hakimiyyətinin nümayəndələri, kənd sakinləri Mahir Məmmədovu təbrik etmiş və ona qiymətli hədiyyələr vermişlər.
Məmmədovlar ailəsi xeyirxah qayğıya görə təşəkkürlərini bildirmişlər.