“Qarabağ” rəsmisi: “Napoli” ilə oyunun hava şəraitinə görə təxirə salınması gündəmdə deyil
Bakı, 25 noyabr, AZƏRTAC
İtaliya mətbuatı UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turu çərçivəsində bu gün keçiriləcək “Napoli” – “Qarabağ” oyununun pis hava şəraiti səbəbindən təxirə salına biləcəyini yazıb.
Qeyd olunub ki, matçın keçiriləcəyi Neapol şəhərində yağışlı hava ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib. Proqnozuna əsasən, bölgədə yağıntının artması, leysan və güclü ildırım gözlənilir ki, bu da hidrogeoloji qeyri-sabitlik və daşqın riski də daxil olmaqla, bir çox ciddi fəsadlara gətirib çıxara, güclü külək açıq sahil xətləri boyunca qasırğa dalğalarına səbəb ola bilər.
“Qarabağ” klubundan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, hava şəraitinə baxmayaraq, matçın təxirə salınması nəzərdə tutulmayıb.
Klubun kommunikasiya departamentinin rəhbəri Anar Hacıyevin sözlərinə görə, hazırda gündəmdə belə bir məsələ yoxdur.
Qeyd edək ki, “Dieqo Armando Maradona” stadionunda keçiriləcək “Napoli” – “Qarabağ” oyunu Bakı vaxtı ilə gecə saat 00:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:30]
Serbiyanın idman naziri Azərbaycana gəlib
- 08.06.2026 [18:28]
Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm
- 08.06.2026 [18:06]
“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib
- 08.06.2026 [18:03]
Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq
- 08.06.2026 [17:31]
“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq
- 08.06.2026 [17:15]
Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir
- 08.06.2026 [15:45]