“Qarabağ”ın albaniyalı futbolçusu gələcək karyerası ilə bağlı fikirlərə aydınlıq gətirib
Bakı, 25 iyun, AZƏRTAC
Həm Albaniya, həm də Azərbaycan mətbuatında gələcək karyeramla bağlı çox şey yazılır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Qarabağ”ın futbolçusu Redon Cica deyib.
Albaniyalı hücumçu gələcək karyerası ilə bağlı bunları söyləyib: “Mənim "Qarabağ"la müqaviləm var. Özümü bu komandada xoşbəxt hiss edirəm. Sadəcə, futbolçu həyatı elədir ki, bu gün buradasan, sabah başqa kluba gedə bilərsən. Ona görə də dəqiq nəsə demək olmur. Hazırda dəqiq olan odur ki, mən "Qarabağ"ın futbolçusuyam və buradayam. Gələcək nə göstərəcək, onu bilmirəm".
Qeyd edək ki, Redon Cica 2023-cü ildən Ağdam klubunda çıxış edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [17:31]
“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq
- 08.06.2026 [17:15]
Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir
- 08.06.2026 [15:45]
Azərbaycan tennisçiləri beynəlxalq turnir üçün Moldovaya yollanıblar
- 08.06.2026 [14:53]
“Liverpul”dan ayrılan futbolçu “Real Madrid”lə müqavilə imzalayıb
- 08.06.2026 [14:09]
Çimərlik güləşi üzrə millinin baş məşqçisi Vyetnamda təlim keçib
- 08.06.2026 [12:19]