“Qarabağ”ın futbolçusu: Juninyo Braziliya çempionatında özünü sübut etmək üçün çox motivasiyalıdır
Bakı, 22 yanvar, AZƏRTAC
“Juninyodan Braziliya çempionatında ən yaxşısını gözləmək olar”.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Qarabağ"ın braziliyalı futbolçusu Julio Romao keçmiş komanda yoldaşı Juninyonun "Flamenqo" klubuna keçidi barədə ölkəsinin mətbuatına açıqlamasında deyib.
O bildirib ki, 28 yaşlı forvardın əsas xüsusiyyəti rəqib müdafiəçilərin arxasına sürətlə qaçmasıdır: “Juninyonun rəqibdən topu almaq və hücum etmək kimi üstünlüyü var. Həm sağ, həm də sol ayağı ilə yaxşı oynamağı bacarır. Bir sözlə, ən böyük silahı sürətidir”.
Romaonun sözlərinə görə, “Flamenqo” kimi komandada təzyiqin çox olması normaldır: "Juninyo debüt və “Flamenqo”ya layiq futbolçu olduğunu sübut etmək üçün çox motivasiyalıdır”.
Yarımmüdafiəçi Azərbaycan və Braziliya futbolunu da müqayisə edib: “Braziliyada azarkeşlər tərəfindən böyük təzyiq olur. Azərbaycanda isə belə şey yoxdur. Sadəcə, baş məşqçimiz Qurban Qurbanov çox tələbkardır. Bakıda sakit həyat tərzimiz var. Məğlub olduğumuz matçlardan sonra çölə çıxdığımız zaman insanlar bizə və ailəmizə yaxınlaşıb, oyunlarla bağlı fikir və irad bildirmirlər”.
Qeyd edək ki, “Qarabağ” Juninyonun keçidindən 5 milyon avro qazanc əldə edib. O, Ağdam təmsilçisinin heyətində 80 oyunda 42 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [13:12]
“Ayaks”ın sabiq baş məşqçisi Qazaxıstan millisində
- 07.08.2026 [12:25]
Bədii gimnastika üzrə 31-ci ölkə çempionatı başa çatıb
- 07.08.2026 [12:08]
Azərbaycanın gənc qolfçusu beynəlxalq turnirin qalibi olub
- 07.08.2026 [10:26]
Bakıda badminton üzrə beynəlxalq turnir keçiriləcək
- 07.08.2026 [02:09]
"Real Madrid" Vinisius Junior ilə müqaviləni uzadıb
- 06.08.2026 [23:00]
Konfrans Liqası: "Qarabağ" "Dinamo"ya uduzub
Bu saata olan əsas xəbərlər
- [12:00]
Yekaterinburqa dron hücumu olub
- [08:55]
İmişlidə traktorun altında qalan uşaq ölüb
- 06.08.2026 [23:50]
Dəməşqdə mikroavtobus partladılıb, 2 nəfər həlak olub
- 06.08.2026 [23:38]
Tramp müdafiə nazirindən razılıq edib
- 06.08.2026 [23:23]
Konfrans Liqası: "Qarabağ" "Dinamo"ya uduzub
- 06.08.2026 [23:00]
Almaniya Baş Prokurorluğu hava limanındakı insidentlə bağlı istintaq aparır
- 06.08.2026 [22:51]
Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib
- 06.08.2026 [22:35]
İngiltərənin şimalında elektrik nasazlığı dəmir yolu nəqliyyatını iflic edib
- 06.08.2026 [21:16]