“Qarabağ”ın futbolçusu: “Napoli” ilə oyunda xal qazanacağımıza inanıram
Bakı, 24 noyabr, AZƏRTAC
Sabah çox güclü komandaya qarşı oynayacağıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Marko Yankoviç UEFA Çempionlar Liqasının əsas mərhələsində İtaliyanın “Napoli” komandası ilə keçiriləcək görüşdən öncə təşkil olunmuş mətbuat konfransında deyib.
O, nəticə üçün maksimum çalışacaqlarını deyib: “Belə komandalara qarşı matçlarda istənilən nəticə qeydə alına bilər. Təbii ki, çətin olacaq. Nəzərə alaq ki, rəqib doğma meydanda oynayır. Hazırda 7 xalımız var. İstənilən rəqibə qarşı mübarizə apara biləcəyimizi sübut etdik. Sabah da xal qazanacağımıza inanıram”.
Noyabrın 25-dən 26-na keçən gecə Neapol şəhərindəki "Dieqo Armando Maradona" stadionunda keçiriləcək "Napoli" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [17:31]
“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq
- 08.06.2026 [17:15]
Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir
- 08.06.2026 [15:45]
Azərbaycan tennisçiləri beynəlxalq turnir üçün Moldovaya yollanıblar
- 08.06.2026 [14:53]
“Liverpul”dan ayrılan futbolçu “Real Madrid”lə müqavilə imzalayıb
- 08.06.2026 [14:09]
Çimərlik güləşi üzrə millinin baş məşqçisi Vyetnamda təlim keçib
- 08.06.2026 [12:19]