CƏMİYYƏT
Qaradağ rayonunda ticarət mərkəzindən oğurluq edilib
Bakı, 14 fevral, AZƏRTAC
Qaradağ rayonunda ticarət mərkəzindən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, fevralın 13-də rayon ərazisindəki ticarət mərkəzlərinin birindəki mağazadan 1500 manat dəyərində 15 çanta oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri A.Süleymanov və əvvəllər məhkum olunmuş D.Səmədov rayon polis idarəsinin 10-cu polis bölməsi və Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.
Ağcabədi rayonun Poladlı və Kəhrizli kəndləri ərazisində suvarma idarələrinə və kənd sakinlərinə məxsus 24 subartezian və artezian quyularından elektrik naqilləri, habelə bir mağazadan 350 manat, tütün məmulatı, həyətyanı sahədən inşaat materialları və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Hindarx qəsəbə sakini, əvvəllər məhkum olunmuş N.Savalanov Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.