Qaradağ rayonunun 35 hektar ərazisi məişət tullantılarından təmizlənmişdir
Bakı, 17 sentyabr (AZƏRTAC). Beynəlxalq Sahilyanı Təmizlik Aksiyasının 26-cı ildönümü ilə əlaqədar sentyabrın 17-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Qaradağ rayonunun Şıxlar bağ massivi ərazisində iməcilik keçirilmişdir.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aksiyada nazirliyin əməkdaşları ilə yanaşı, yerli icra strukturları, qeyri-hökumət təşkilatları, bələdiyyələr və digər özəl təşkilatların 200 nəfərə yaxın nümayəndəsi iştirak etmişdir. Rayonun bağ massivindəki 35 hektar ərazi məişət tullantılarından təmizlənmişdir.
Keçirilən tədbirin məqsədi insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaq olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]