Qarışıq komanda halında 10 metrdən pnevmatik tüfənglə atəşaçma yarışlarının finalçıları məlum olub
Bakı, 14 may, Məhərrəm Əlioğlu, AZƏRTAC
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının atıcılıq yarışlarında qarışıq komanda halında 10 metrdən pnevmatik tüfənglə atəşaçma yarışlarının finalçıları məlum olub.
AZƏRTAC xəbər verir ki, finalın səkkizliyində İranın 2, Banqladeşin 2, Özbəkistanın 2, Türkiyənin 1, Omanın bir iştirakçısı mübarizə aparacaq.
Azərbaycanı təmsil edən Əli Məcidli və Jalə Bayramova təsnifat mərhələsində mübarizəni dayandırıblar.