Qars Ticarət və Sənaye Palatası Azərbaycanla biznes və ticarət əlaqələrinin inkişafında maraqlıdır
Bakı, 29 noyabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Türkiyənin Qars Ticarət və Sənaye Palatası üzvlərinin Azərbaycana səfəri çərçivəsində görüş keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, görüşdə İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn Azərbaycan və Türkiyə arasında ticarət əlaqələrinin artırılmasının yolları haqqında danışıb. Eyni zamanda, o, işğaldan azad olunmuş ərazilərdə mövcud olan investisiya imkanları və dövlətin iqtisadi təşviq alətləri haqqında geniş təqdimatla çıxış edib.
İİTKM-in operatoru olduğu “Azexport” portalının rəhbəri Ayxan Qədəşov isə Azərbaycan məhsullarının ixracı və xarici ticarət tərəfdaşları ilə əlaqələrin qurulmasında portalın rolu barədə məlumat verib. O, “azexport.az” saytında təqdim olunan xidmətlər, xarici bazarlara çıxış üçün sahibkarlara göstərilən dəstək barədə danışıb.
Türkiyənin Qars Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Kadir Bozan və nümayəndə heyətinin digər üzvləri Qars vilayətində təmsil etdikləri biznes qurumları barədə məlumat verib və Azərbaycanla biznes və ticarət əlaqələrinin inkişafında maraqlı olduqlarını ifadə ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:33]
“.az” domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb
- 23.09.2026 [17:25]
Milli Kibertəhlükəsizlik Agentliyi “Global Anti-Scam Alliance”a üzv olub
- 23.09.2026 [17:00]
Avropada qazın qiyməti son üç həftənin ən aşağı səviyyəsinə enib
- 23.09.2026 [16:46]
Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur
- 23.09.2026 [16:19]