Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qarşıdan gələn bələdiyyə seçkiləri Azərbaycanda seçki təcrübəsi baxımından yaxşı nümunə olacaq

Qarşıdan gələn bələdiyyə seçkiləri Azərbaycanda seçki təcrübəsi baxımından yaxşı nümunə olacaq Bakı, 8 noyabr, AZƏRTAC

Mərkəzi Seçki Komissiyası Katibliyinin (MSK) rəhbəri Rövzət Qasımov dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işləri ilə bağlı AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

Bələdiyyə seçkilərinə hazırlıq işləri, tətbiq olunan yeniliklər barədə nə deyə bilərsiniz?

- Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası bir müddət əvvəl öz qərarını dərc edib. MSK-nın qərarına əsasən Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri dekabrın 23-nə təyin olunub. Qərar verildikdən dərhal sonra seçkilərlə bağlı hazırlıq işlərinə başlanılıb və bu işlər intensiv olaraq davam etdirilir. Artıq MSK özünün bəzi layihələrini həyata keçirib. Hazırda bir sıra layihələr də icra olunmaqdadır. Bu layihələr həmişəki kimi, müxtəlif qəbildən olan seçki iştirakçılarına yönəlib. Bizim layihələrin əsas məqsədi istər seçicilərin, istər seçki komissiyaları üzvlərinin, istər namizədlərin, istərsə də səsvermə prosesini izləyən müşahidəçilərin maarifləndirilməsidir. Hazırda seçicilərin siyahılarının dəqiqləşdirilməsi mərhələsidir. Buna görə də biz seçicilərimizi siyahıda öz adlarını, məlumatlarını yoxlamağa dəvət edirik. Qeyd edim ki, seçici siyahıları seçkilər zamanı istifadə olunan ən mühüm sənədlərdən biridir. Çalışırıq ki, Azərbaycan Respublikası ərazisində yaşayan bütün seçicilər seçkilərdə maneəsiz səs versinlər.

Bələdiyyə seçkiləri, ümumiyyətlə, namizəd baxımından kifayət qədər böyük statistikanı əks etdirən seçkilərdir. Ümumilikdə 15 min 35 Azərbaycan vətəndaşı qarşıdan gələn seçkilərdə bələdiyyələrə üzv seçiləcək. Bu bələdiyyələrin sayı 1607-dir. Azərbaycanda bələdiyyə təcrübəsi o qədər də uzun müddəti əhatə etmir. Ölkəmizdə ilk bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib. Bildiyiniz kimi, yerli özünüidarəetmə bələdiyyələr vasitəsilə həyata keçirilir. MSK, eyni zamanda, namizədlərin də işinin tam asanlaşdırılması, yəni namizədlərin istər öz sənədlərini təqdim etməsi, istər bütün proses barədə tam məlumatlı olması üçün onların maarifləndirilməsi istiqamətində bir sıra addımlar atır. Komissiya bir çox digər seçki iştirakçıları kimi, namizədlərin də maarifləndirilməsi məqsədilə “Namizədlər üçün yaddaş kitabçası” hazırlayıb. Bu kitabçalar dairə seçki komissiyalarına təhvil verilir. Burada namizədlərin rol və vəzifələri, hansı sənədləri təqdim etmələri və s. məsələlər barədə müfəssəl məlumat əksini tapıb. Sənəd hazırlayarkən namizədlərin vəzifəsi mövcud formaları dairə seçki komissiyasından götürüb sadəcə öz məlumatlarını oraya doldurub geri qaytarmaqdan ibarətdir. Bütün bu işlər prosesi asanlaşdırmaq üçün görülüb. Məqsədimiz odur ki, respublikanın hətta ucqar ərazilərində yaşayan vətəndaşlarımız belə heç bir əziyyət çəkmədən asanlıqla öz namizədliklərini irəli sürə bilsinlər. Əlbəttə, bütün seçkilərdə bu cür addımlar atılır ki, istər namizədlər, istər seçicilər, istərsə də digər seçki iştirakçıları asanlıqla öz rol və vəzifələri, ümumi proseslər barədə məlumat əldə edə bilsinlər. Hazırda respublika ərazisində təxminən 17 min 179 şəxs artıq dairə seçki komissiyalarına müvafiq bildirişi təqdim edib və öz niyyətlərini bildiriblər ki, qarşıdan gələn bələdiyyə seçkilərində namizəd qismində iştirak etmək fikrindədirlər.

Bizi ən çox sevindirən məqamlardan biri də odur ki, Azərbaycan Respublikasında siyasi partiyalar bələdiyyə seçkilərinə ciddi maraq nümayiş etdirirlər. Artıq doqquz siyasi partiya tərəfindən namizədliklə bağlı 12 min 575 müraciət edilib. Ümumilikdə 17 min 179 namizədin 13 min 523-ü məhz partiya mənsubiyyətini göstərmiş vətəndaşlardır. Digərləri isə bitərəf olaraq seçkilərə qatılacaqlar.

Bu seçkilərdə statistika baxımından diqqəti cəlb edən digər məqam isə qadınların sayıdır. Onlar da qarşıdan gələn seçkilərdə namizəd qismində iştirak etmək niyyətində olduqları barədə bildirişi dairə seçki komissiyalarına təqdim ediblər. Namizəd kimi seçkilərdə iştirak etmək niyyətində olanlardan 11 min 910 nəfəri kişi, 5 min 269 nəfəri qadındır. Bilirsiniz ki, biz hər zaman beynəlxalq təşkilatlarda, görüşlərdə Şərqdə qadınlara seçib-seçilmək hüququnu verən ilk ölkənin məhz Azərbaycan olduğunu deyirik. Bizim cəmiyyətdə qadınlar tamamilə azaddırlar. Onlar istənilən vaxt müstəqil şəkildə öz siyasi iradələrini ortaya qoyaraq seçkilərdə namizəd kimi iştirak edə bilərlər.

Digər sevindirici hal isə seçkilərdə namizəd olmaq istəyənlərin əksəriyyətinin ali təhsilli olmasıdır. Seçki dairələri tərəfindən daxil olan statistik göstəricilərə görə, namizədlik üçün bildiriş təqdim etmiş 17 min 179 vətəndaşdan 14 min 814-ü ali təhsillidir.

Mərkəzi Seçki Komissiyasının qarşıdan gələn seçkilərlə bağlı görəcəyi işlər barədə məlumat vermənizi xahiş edirik.

-Gələn həftədən etibarən MSK aşağı seçki komissiyası nəzdində fəaliyyət göstərən, şikayət və müraciətlərin araşdırılmasına məsul olan ekspert qruplarının üzvləri üçün xüsusi təlimlər təşkil edəcək. Bundan sonra isə aşağı seçki komissiyası, yəni, məntəqə seçki komissiyası üzvlərinin maarifləndirilməsinə başlanacaq. Bu məqsədlə də əvvəlcə hər bir dairə seçki komissiyasında fəaliyyət göstərən təlimçilər Bakı şəhərinə dəvət olunur. Dörd gün ərzində MSK-nın mütəxəssisləri tərəfindən təlimçilər üçün kurslar keçirilir. Bundan sonra isə həmin təlimçilər dairə seçki komissiyaları ərazisində fəaliyyət göstərən məntəqə seçki komissiyalarının üzvləri üçün təlimlər keçəcəklər. Həmin təlimlər zamanı onlara bütün lazımi avadanlıq, həmçinin istifadə olunacaq sənəd nümunələri təqdim ediləcək. Bu məsələ hər zaman MSK-nın diqqət mərkəzindədir. Məlumdur ki, seçki günü seçicilərlə birbaşa təmasda olanlar və bu prosedurları həyata keçirənlər məntəqə seçki komissiyalarının üzvləridir. Məhz buna görə də biz hər zaman onların maarifləndirilməsi məsələsini diqqətdə saxlayırıq ki, məntəqə seçki komissiyalarının üzvləri seçki prosesi zaman ortaya çıxacaq istənilən məsələni qanun çərçivəsində aradan qaldıra bilsinlər.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki komissiyalarına aid olan hissəsinin icrası ilə əlaqədar qarşıdan gələn bələdiyyə seçkilərində aşağı seçki komissiyalarının üzvlərinin peşə hazırlığının artırılması, seçkilər sahəsində onların bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədi ilə oktyabrın 17-də dairə seçki komissiyalarının sədrləri üçün Bakıda müşavirə keçirildi.

Aşağı seçki komissiyası üzvləri üçün ixtisasartırma kurslarının ikinci mərhələsi məhz dairə seçki komissiyası üzvləri və məntəqə seçki komissiyası sədrləri üçün təşkil olundu. Bu kurslarda onlar görməli olduqları işlər barədə məlumatlandırıldılar.

Ümumilikdə atılan bütün addımların əsas məqsədi odur ki, bələdiyyə seçkilərində iştirak edən tərəflər öz rol və vəzifələrini bilsinlər və biz seçkiləri şəffaf şəkildə, ədalət prinsiplərinə uyğun keçirək. Bunun üçün Azərbaycan dövləti tərəfindən bütün lazımi addımlar atılır. Əminik ki, qarşıdan gələn bələdiyyə seçkiləri Azərbaycanda seçki təcrübəsi baxımından yaxşı bir nümunə olacaq.

Əsəd Məmmədov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib