Qax rayonunun təsərrüfatlarında yaz-tarla işlərinə başlanılıb
Qax, 8 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayonunun təsərrüfatlarında yaz-tarla işlərinə başlanılıb. Qısa müddətdə 1287,5 hektar sahədə yazlıq bitkilər əkilib və əkin-səpin işləri davam etdirilir.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, məhsul istehsalçıları indiyədək 309 hektar sahədə kartof, 153 hektarda vələmir, 106,5 hektarda tərəvəz və 10 hektarda bostan bitkiləri, 18 hektarda şəkər çuğunduru, 22 hektarda dən üçün qarğıdalı əkib, 669 hektar sahəyə yonca səpiblər.
Təsərrüfatlarda, eyni zamanda, tütün əkininə hazırlıq işləri də davam etdirilir. İstixana şəraitində yetişdirilmiş tütün şitillərinin yaxın günlərdə sahələrə köçürülməsinə başlanılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]