Qaxda 1,5 ton çəkidə çətənə kolu məhv edilib
Bakı, 22 may, AZƏRTAC
Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Marsan kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, ümumi çəkisi 1 ton 500 kiloqram olan 4 min çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.