QAXDA İDMAN KOMPLEKSİ TİKİLİR
Qax şəhərində müasir standartlara uyğun yeni idman kompleksinin tikintisinə başlanılmışdır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, idman qurğusunun tikintisi üçün şəhərin giriş hissəsində 5 hektar ərazi ayrılmışdır. Dövlət vəsaiti hesabına inşa ediləcək idman kompleksinin tikintisinə 5 milyon manata yaxın vəsait xərclənəcəkdir. Yeni idman qurğusuna üzgüçülük hovuzu, 1500 tamaşaçı yeri olan idman zalı, məşq salonları və inzibati otaqlar daxildir. Bundan əlavə, kompleksin ərazisində futbol meydançası və idmançıların qalması üçün kotteclər də inşa ediləcəkdir.
Obyektin tikintisini “Rövşən-Oğuz” tikinti şirkətinin inşaatçıları həyata keçirirlər. Yeni idman qurğusunun tikintisinin 2009-cu ildə başa çatdırılması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]