QAXDA KƏND ƏHALİSİNİN İÇMƏLİ SU İLƏ TƏMİNATI YAXŞILAŞIR
Qax Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Şəki şəhərinin, Balakən, Qax və Zaqatala rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Planı”na uyğun olaraq, əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaq üçün rayonun kəndlərində yeni artezian quyularının qazılması davam etdirilir. Təkcə cari ilin ötən dövrü ərzində Meliorasiya və Su Təsərrüfatı ASC və “Azərsu” Səhmdar Cəmiyyətinin xətti ilə rayonun Ağyazı, Qıpçaq, Tasmalı, Əlibəyli, Qaxbaş və digər kəndlərində 10 artezian quyusu qazılaraq əhalinin istifadəsinə verilmişdir.
2008-ci ilin sonunadək rayonun Əmbərçay, Qaradolaq, Qarabaldır və daha bir neçə kəndində də yeni quyuların qazılması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]