REGİONLAR
Qaxın İlisu kəndinə 10 santimetrdən çox qar yağıb
Qax, 22 mart, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycanın şimal-qərb bölgəsi rayonlarında qeyri-sabit, yağışlı hava şəraiti hökm sürür. Havanın temperaturu xeyli aşağı düşüb. Martın 22-si gecə saatlarından başlayaraq bölgənin dağlıq və dağətəyi ərazilərinə qar yağıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qax rayonunun dağlıq ərazisində yerləşən İlisu kəndində hazırda qar örtüyünün hündürlüyü 10-15 santimetr təşkil edir.
Yağan qar sakinlər üçün problem yaratmayıb. Kəndin elektrik enerjisi və təbii qazla təchizatı normal qaydada davam edir. Qax-İlisu avtomobil yolunda, eləcə də kənddaxili yollarda nəqliyyatın hərəkətində heç bir çətinlik yaranmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2024 [16:00]
Balakəndə qanvermə aksiyası keçirilib
- 03.06.2024 [13:55]
Beyləqanda ot bağlaması daşıyan "KamAz"ın qoşqusu yanıb VİDEO
- 03.06.2024 [12:53]
Ağsuda Beynəlxalq Folklor Festivalı keçirilib
- 03.06.2024 [12:46]
Naxçıvan şəhərində üç avtomobil toqquşub
- 03.06.2024 [11:11]