Qazaxıstan neft hasilatını sutkada 390 min barrel azaltmaq niyyətindədir
Nur-Sultan, 13 aprel, AZƏRTAC
Qazaxıstan mayın 1-dən etibarən iki ay müddətinə neft hasilatını azaltmaq barədə öhdəlik götürüb.
AZƏRTAC xəbər verir ki, Qazaxıstan gündəlik neft hasilatını 390 min barrel azaltmaq niyyətindədir.
Qeyd edək ki, apelin 12-də OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin videokonfrans formatında keçirilən X iclasında Qazaxıstanın Energetika naziri Nurlan Noqayev bildirib ki, ölkəsi əvvəllər olduğu kimi, konstruktiv dialoqa sadiqdir və dünya bazarında yaranmış çətin vəziyyəti nəzərə alaraq neft hasilatının kollektiv şəkildə azaldılmasında iştirak etməyə hazırdır.
“OPEC+” ölkələrinin X iclasında gündəlik neft hasilatının azaldılması ilə bağlı “Əməkdaşlıq Bəyannamə”si təsdiqlənib. Növbəti iclasın isə iyunun 10-da videokonfrans formatında keçirilməsi razılaşdırılıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [16:02]
Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb
- 13.10.2026 [16:01]