Qazaxıstan-Özbəkistan sərhədində iki keçid məntəqəsinə beynəlxalq status veriləcək
Bakı, 29 iyun, AZƏRTAC
Qazaxıstan və Özbəkistan sərhədində yerləşən iki keçid məntəqəsi beynəlxalq nəzarət məntəqəsi statusu alacaq.
AZƏRTAC “Kazinform” informasiya agentliyinə istinadla xəbər verir ki, Qazaxıstan Senatı Özbəkistanla 2006-cı ildə imzalanmış sərhəd keçidlərinə dair müqaviləyə dəyişiklikləri nəzərdə tutan protokolu təsdiqləyib.
Sənədə əsasən, Sırdərya-Malik və Tselinnı-Oqoltin keçid məntəqələri beynəlxalq status alacaq və 24 saatlıq iş rejiminə keçəcək. Yeni qaydalara əsasən, Tselinnı-Oqoltin keçidi sərnişin və yük daşımaları üçün, Sırdərya-Malik keçidi isə sərnişinlər və boş yük nəqliyyatı üçün fəaliyyət göstərəcək.
Bildirilib ki, dəyişikliklər iki ölkə arasında sərhəd daşımalarının daha səmərəli təşkilinə və yük axınının bölüşdürülməsinə imkan yaradacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]
Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb
- 10.08.2026 [14:41]
Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir
- 10.08.2026 [14:13]
La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]