Qazaxıstanda latın qrafikası əsasında yeni əlifba təsdiqlənəcək
Nur-Sultan, 22 aprel, AZƏRTAC
Qazaxıstan latın qrafikasında qazax dilinin yeni əlifbasını təsdiq edəcək. Qazaxıstan Dil Siyasəti Komitəsi ölkə başçısının “Qazax əlifbasının kiril əlifbasından latın qrafikasına keçirilməsinin bəzi məsələləri haqqında” Fərman layihəsini hazırlayıb.
AZƏRTAC xəbər verir ki, sənəd qazax dilinin kiril əlifbasından latın qrafikasına keçidin əvvəlki nümunələrinə son dəyişiklikləri təqdim edir.
Qeyd edək ki, Qazaxıstanda yeni əlifbaya mərhələli keçid 2023-cü ildən 2031-ci ilə qədər planlaşdırılır. Latın qrafikası əsasında qazax dilinin təkmilləşdirilmiş əlifbası məsələləri ilə bağlı Milli Komissiyaya əhali arasında geniş maarifləndirmə işi aparmaq tapşırılıb.
Xatırladaq ki, 2017-ci ilin oktyabrında Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev “Qazax dilinin əlifbasının kiril əlifbasından latın qrafikasına keçirilməsi haqqında” Fərman imzalayıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:48]
Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək
- 24.09.2026 [13:20]
Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib
- 24.09.2026 [13:10]
Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb
- 24.09.2026 [13:07]
ABŞ-nin neft ehtiyatları artır
- 24.09.2026 [12:57]
Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub
- 24.09.2026 [12:44]
İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib
- 24.09.2026 [12:41]
Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]