Qazaxıstanın beyin mərkəzinin rəhbəri: İki ölkə arasında əməkdaşlığın böyük perspektivləri var
Bakı, 13 mart, AZƏRTAC
Azərbaycan-Qazaxıstan Ekspert Şurası iki il bundan əvvəl yaradılıb və indiyədək iki iclasımız keçirilib. Uzun illər bir-birimizdən ayrı düşsək də, hazırda ölkələrimiz arasında əlaqələr yüksək səviyyədədir və getdikcə dərinləşir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun direktoru Yerkin Tukumov Azərbaycan-Qazaxıstan Ekspert Şurasının martın 13-də Bakıda keçirilən üçüncü iclasında səsləndirib.
Qazaxıstanın və Azərbaycanın bir-birinə dərin köklərlə bağlı olduğunu xatırladan Yerkin Tukumov münasibətlərin hazırkı səviyyəsindən məmnunluqlarını bildirib.
Mövcud əlaqələrdən danışan Y.Tukumov Bakıda Azərbaycanla Qazaxıstan arasında imzalanan sənədlərin iki ölkənin əməkdaşlığının böyük perspektivlərinin olduğunu göstərdiyini qeyd edib.
İki ölkə gənclərinin qarşılıqlı əlaqələrinin əhəmiyyətini diqqətə çatdıran qonaq Qazaxıstan gənclərinin ölkənin ictimai-siyasi həyatında iştirakda maraqlı olduqlarını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:35]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [20:52]
Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:31]