Qazaxıstanın “Eyr Astana” aviaşirkəti Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır
Bakı, 13 aprel (AZƏRTAC). Xəbər verdiyimiz kimi, “Bakı Ekspo” sərgi və toplantı mərkəzində “AİTF-2012” XI Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi keçirilir.
AZƏRTAC xəbər verir ki, sərgidə iştirak edən Qazaxıstanın “Eyr Astana” aviaşirkətinin Azərbaycan üzrə meneceri Erbolat Baysalıkov son vaxtlar respublikamızda turizm sektorunun sürətli inkişafını xüsusi vurğulamış və ölkəsinin bu sahədə Azərbaycan ilə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini bildirmişdir.
E.Baysalıkov “Eyr Astana” şirkətinin çərşənbə, cümə və bazar günləri olmaqla həftədə 3 dəfə hər cür komforta malik “Airbus A320” təyyarəsi ilə Bakı-Almatı hava reyslərini həyata keçirdiyini söyləmişdir.
Qonaq məlumat vermişdir ki, hazırda ümumilikdə, 50 daxili və xarici aviareysləri həyata keçirən şirkət sərnişinlərə, o cümlədən azərbaycanlı turistlərə Qazaxıstanın paytaxtı Astanaya, bu ölkənin digər şəhərlərinə və Almatı vasitəsilə Kuala-Lumpur, Bişkek və Seula rahat uçuşlar təklif edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]