Qazaxıstanlı alim: Azərbaycanın dirçəliş dövrü ədəbiyyatını da tədqiq etməyi düşünürük
Bakı, 17 dekabr, AZƏRTAC
Qazaxıstanın Abay adına Qazax Milli Pedaqoji Universitetinin “Türk xalqlarının oyanış dövrünün poeziyası” layihəsi çərçivəsində türk xalqları və Asiya ədəbiyyatının öyrənilməsi istiqamətində tədqiqatlar aparılır. Bakıda “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda keçirilən beynəlxalq elmi konfrans bu istiqamətdə genişmiqyaslı tədqiqatlarımızı daha da sürətləndirəcək. Layihə çərçivəsində, həmçinin Azərbaycanın dirçəliş dövrü ədəbiyyatını tədqiq etməyi düşünürük.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, bu sözləri beynəlxalq elmi konfransda iştirak edən Qazaxıstanın Abay adına Qazax Milli Pedaqoji Universitetinin əməkdaşı Janakul Sametova deyib. O, beynəlxalq tədbirin alimləri elmi əməkdaşlığa cəlb etdiyini, əlaqələrin daha da genişlənməsi üçün imkanlar açdığını söyləyib.
Bakıya ilk dəfə gəldiyini qeyd edən Janakul Sametova Azərbaycan haqqında təəssüratlarını da bölüşərək, ölkəmizin qədim və zəngin mədəniyyətə sahib olduğunu vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:40]
Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB
- 12.06.2026 [20:49]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [19:56]
BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir
- 12.06.2026 [18:20]